İlham Əliyev Britaniyaya getdi

İlham Əliyev Britaniyaya getdi

26-04-2018 15:25 / Bu xəbər 1912 dəfə oxundu

Prezident BP-nin baş icraçı direktoru ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri xanım Tereza Meyin dəvəti ilə bu ölkəyə səfəri başlayıb. 

APA-nın məlumatına görə, prezident İlham Əliyev Londonda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb. 

Görüşdə "Şahdəniz” layihəsi üzrə görülən işlər, həmçinin bu ilin iyununda TANAP layihəsinin açılışı ilə bağlı fikir mübadiləsi aparılıb. 

"Şəfəq-Asiman” strukturu üzrə imzalanmış hasilatın pay bölgüsü sazişi əsasında görülən işlərin intensivləşdirilməsinin əhəmiyyəti qeyd edilib. 

Söhbət zamanı Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir davam edən əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.