Navalnı yenə saxlanıldı

Navalnı yenə saxlanıldı

22-02-2018 15:11 / Bu xəbər 1487 dəfə oxundu

Rusiyada korrupsiyaya qarşı mübarizə Fondunun rəhbəri, siyasətçi Aleksey Navalnı polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu haqda o, özünün tvitter səhifəsində məlumat yayıb.

"Diş həkiminə getmişdim. Oradan çıxanda gördüm ki, qapıda məni bir tağım polis gözləyir. Dedilər ki, saxlanılırsan. İndi məni harasa aparırlar”, – Navalnı yazıb.

Qeyd edək ki Aleksey Navalnı Rusiya prezidenti Vladimir Putunin və onun yaxın ətrafının korrupsiya əməlləri barədə təkzibedilməz materiallar dərc edib. O rusiya prezidentliyinə namizədliyini irəli sürsə də, Rusiya Mərkəzi Seçki Komissiyası, onun namizədliyini qeydə almayıb. Bundan sonra Navalnı seçkilərin boykot edilməsi tələbilə etiraz aksiyaları keçirməyə başlayıb. Navalnı son bir ildə bir neçə dəfə saxlanılıb və inzibati həbsə məruz qalıb.