Oqtay Gülalıyevə xarici pasport verildi

Oqtay Gülalıyevə xarici pasport verildi

08-01-2018 19:10 / Bu xəbər 2132 dəfə oxundu

"Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansının rəhbəri Oqtay Gülalıyev uzun illər səmərəsiz müraciətlərindən sonra, nəhayət yanvarın 8-də ümumvətəndaş pasportu (xarici pasport) alıb.

Bu gün o, DİN-in Pasportlar Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə dəvət edilib, orada ona xarici pasport verilib, ölkədən çıxmasına heç bir qadağa olmadığı bildirilib. Bu barədə Turan-a Gülalıyev özü bildirib.

2012-ci ildə Gülalıyevə qarşı cinayət işi saxtalaşdırılıb. Həmin dövrdə o, Kür və Araz çaylarında dağıdıcı daşqından ziyan çəkmiş əhaliyə hüquqi və məsləhət yardımı göstərən "Kür" vətəndaş cəmiyyəti qərargahının əlaqələndiricisi idi.

Bir il əvvəl iş bağlanıb, amma onun ölkədən çıxmasına qoyulmuş qadağa qüvvədə qalmışdı.

Gülalıyev xarici pasport verilməsi tələbi ilə dəfələrlə DİN-ə müraciət edib və hətta dövlət gömrüyünü ödəyib, amma hər dəfə ASAN xidmət mərkəzindən ona pasport verməkdən imtina ediblər və DİN-ə müraciət etməyi məsləhət görüblər. Çoxsaylı müraciətlər cavabsız qalıb.

Maraqlıdır ki, vaxtilə dövlət rüsumunu ödədiyi üçün bu gün pasport verərkən hüquq müdafiəçisindən dövlət rüsumu almayıblar. 

Turan