Putin pensiya islahatlarını yumşaltdı

Putin pensiya islahatlarını yumşaltdı

30-08-2018 01:59 / Bu xəbər 5678 dəfə oxundu

Qadınlar üçün pensiya yaşı hökumətin təklif etdiyindən aşağı salınır

Rusiya prezidenti Vladimir Putin avqustun 29-da xalqa müraciət edib.

Müraciətində prezident pensiya islahatının yumşaldığını deyib.

O bildirib ki, qadınların pensiya yaşının hökumətin dediyi 63 əvəzinə 60 yaşa qədər azaltmağı planlaşdırır.

Prezidentin sözlərinə görə, pensiya yaşı kişilər üçün 65 olmalıdır.

Vladimir Putin 1990-cı illərdə Rusiyanın demoqrafik bir "boşluğa” düşdüyünü bildirsə də, pensiya sisteminin sabitliyini qorumaq üçün büdcədə kifayət qədər pul olduğunu söyləyib.