Təkbaşına aksiya keçirən AXCP fəalının səhhəti pisləşib

Təkbaşına aksiya keçirən AXCP fəalının səhhəti pisləşib

22-06-2018 16:27 / Bu xəbər 2178 dəfə oxundu

"Füzuli Hüseynov aclıq aksiyasını davam etdirir"

Təkbaşına aksiya keçirdiyinə görə 30 sutka inzibati həbs cəzası almış Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəalı Füzuli Hüseynovun səhhəti pisləşib. 

Bu barədə vəkil Cavad Cavadov məlumat yayıb.

O, iyulun 21-də inzibati həbs edilənlərin saxlanma yerində Füzuli Hüseynovla görüşüb.

 Vəkilin sözlərinə görə, durumunun pis olmasına səbəb həbsindən əvvəl aclıq aksiyası keçirməsidir.

"Hazırda da aclığı davam etdirir. Mən ona aclığı dayandırmağı tövsiyə etdim. Bu haqda düşünəcəyinə söz verdi. Zahirən halsız görünürdü".

Vəkil hazırda onun işi ilə bağlı apelyasiya şikayəti hazırladığını da söyləyib.

Füzuli Hüseynov iyunun 14-də saxlanılıb. 

Nəsimi Rayon Məhkəməsi barəsində 10 sutkalıq inzibati həbs qərarı çıxarıb.

Füzuli Hüseynov dəfələrlə təkbaşına keçirdiyi aksiyalarla tanınır.///Meydan.Tv